Oktyabrın 31-də Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həlak olub, 10 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 74 cinayət faktı qeydə alınıb, onların 20-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 72 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.*
R.Babayev