Azərbaycan prezidenti İlham Əliyev Lerik rayonunun Noda-Şingədulan-Xanəgah avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 mln. manat ayrılmaq tapşırılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək həvalə olunub. **
F.İsazadə