İcbari Sığorta Bürosunun (İSB) üzvü olan sığorta şirkətlərinin 2016-cı ilin oktyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə ödənişləri 50% - 2 mln. 192,36 manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İSB-dan məlumat verilib.
“Oktyabrda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 1,73 min hadisə üzrə həyata keçirilib”, - deyə Bürodan məlumat verilir.
Ötən ay avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 1,653 min sığorta tələbi üzrə 2 mln. 59,877 min manat, əmlaka dəyən zərərə görə 34,233 min manat (32 tələb), sağlamlığa dəyən zərərə görə 38,25 min manat (33 tələb), ölümlə nəticələnmiş yol-nəqliyyat hadisəsinə görə 60 min manat (12 tələb) məbləğində ödəniş həyata keçirilib.
Hesabat ayında AVSMMİS üzrə sığorta ödənişlərinin orta məbləği 1,246 min manat təşkil edib. **
A.Əzizov