“VTB Bank (Azerbaijan)” ASC2017-ci ilin sonuna qədər səhmlərin əlavə emissiyasını həyata keçirməyi planlaşdırır. Bu barədə bankın İdarə Heyətinin prezidentinin müavini, “VTB Bank (Azerbaijan)”ın Müşahidə Şurasının sədri Mixail Oseyevski bəyan edib.
“2016-cı ilin yayında tənzimləyici - MBNP ilə razılığa əsasən 110 mln. manat məbləğində kapitala əlavə vəsait yatırdıq. Bu proses xüsusi struktur depoziti formasında həyata keçirildi”, - deyə M.Oseyevski bu gün Bakıda brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda bankın kapitalı tənzimləyicinin tələblərinə uyğundur.
“Lakin Palata ilə razılığa əsasən, 2017-ci ilin sonun akimi səhmlərin əlavə emissiyasını həyata keçirməliyik. Əlavə emissiyanın məbləği bir çox halda manatın dollara qarşı məzənnəsindən asılı olacaq”, - deyə o qeyd edib. **
A.Əzizov