“FinEx Kredit” bank olmayan kredit təşkilatı (BOKT) 100 min manat məbləğində istiqrazın emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Palata BOKT-nin istiqrazlarının emissiya prospektini qeydiyyata alıb. Emissiya bir qiymətli kağızın nominal dəyəri 500 manat olan 200 ədəd istiqraza bölünüb.
İstiqrazlar illik 17% dərəcəsi ilə 576 gün müddətinə qapalı üsulla yerləşdiriləcək.
“FinEx Kredit” BOKT 2013-cü ildə qeydiyyatdan keçib və həmin ilin oktyabr ayından kredit fəaliyyətinə başlayıb. **
A.Əzizov