SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin yanvar-oktyabr aylarında qazma işlərinin həcmini ötən ilin göstəricisi ilə müqayisədə 1,4% - 93,653 min metrədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, qazma işlərinin ümumi həcmində 90,987 min metr istismar, 2,67 min metr kəşfiyyat qazma işlərinin payına düşüb.
Cari ilin oktyabr ayında SOCAR üzrə qazma işlərinin həcmi 7,074 min metr təşkil edib, bunun 6,469 min metri istismar, 0,605 min metri kəşfiyyat qazma işlərinin payına düşüb.
Yanvar-oktyabr aylarında şirkətin qazma idarələri tərəfindən 52, o cümlədən oktyabrda 6 yeni quyu istismara verilib.
2015-ci ildə SOCAR üzrə qazma işlərinin həcmi 104,411 min metr təşkil edib.**
A.Əzizov