Noyabrın 1-də Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 105 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 82 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.*
R.Babayev