Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əskinaslar satan şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Astara rayon sakini Gündüz Əliyev Yasamal rayonu ərazisində 198 ədəd (9,9 min manat) 50 manatlıq saxta əskinasları 2 min manata satarkən tutulub.**
R.Babayev