Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Avstriyadarəsmi səfərdədir.
“Səfərin məqsədi Vyanada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) tərəfindən təşkil edilən seçkilərlə bağlı tədbirdə iştirak etməkdir”, - deyə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
ATƏT/DTİHB-nin direktoru Mixael Linkin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun müxtəlif ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri, eləcə də digər rəsmi şəxslərlə görüşlər keçirməsi, qurumlararası qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur. **
R.Babayev