Tümen vilayəti Azərbaycan tərəfinə ASK məhsullarının logistikasının sadələşdirilməsi üçün 3 mlrd. rubl həcmində topdan ticari-bölüşdürücü kompleksin tikintisini təklif edir. Bu barədə Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev bu gün Bakıda iki ölkənin sahibkarlarının iştirakı ilə işgüzar görüşdə bəyan edib.
“Kompleksin tikintisi təxminən 3 mlrd. rubla başa gələcək. Biz sahibkarlara kompleksin tikintisi üçün meydançalar, vergi və digər güzəştlər təqdim etməyə hazırıq. Demək olar ki, layihəyə yatırılacaq xərcin ödənilməsi ən çox 7 il təşkil edəcək”, - deyə V.Yakuşev bildirib.
O qeyd edib ki, kompleks nəinki Tümenə və Rusiyanın digər regionlarına Azərbaycandan meyvə-tərəvəz tədürükü, həm də Tümen vilayətindən Azərbaycana taxıl və kartof ixracı üçün istifadə oluna bilər.
Görüşdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bu layihəni dəstəkləyib. O həmçinin Tümen vilayətinə ticarət missiyasının və Tümendən Azərbaycana analoji missiyanın təşkili imkanları barədə bəyan edib. **
A.Axundov