Xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının prezident Əbdül Fəttah əs-Sisi ilə görüşdə 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunlarında Misir idmançılarını fəal olmağa çağırıb. Bu barədə nazirliyin məlumatında deyilir.
E.Məmmədyarov Azərbaycanın mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinə verdiyi töhfələri barəsində danışdı.
Əbdül Fəttah əs-Sisi Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini yüksək qiymətləndirdi və islam həmrəyliyinin vacibliyini qeyd etdi.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıqdan və qarşılıqlı dəstəkdən məmnunluq ifadə olundu.
Bundan başqa, görüş zamanı Azərbaycanla Misir arasında iqtisadi sahədə əməkdaşlıq məsələləri müzakirə olundu. **
F.İsazadə