Çərşənbə günü Azərbaycan Mərkəzi Bankı hərracda 50 mln. manat məbləğində qısamüddətli notlar yerləşdirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
Hərrac zamanı 3 investor tərəfindən 7 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 64 mln. 236,3 min manat təşkil edib.
Sifarişlər 98,8475 manat (gəlirlilik 14,9906%) və 98,9228 manat (14,0005%) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98,8483 manat (14,9801%), orta ölçülmüş qiyməti – 98,8687 manat (14.7117%) səviyyəsində müəyyən edilib.
Notların ödəmə tarixi 30 noyabr 2016-cı ildir.
Xəbər verildiyi kimi, AMB 2016-cı ilin noyabr-dekabr aylarında 600 mln. manat məbləğində notlar yerləşdirməyi planlaşdırır. **
A.Əzizov