Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 3-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,649 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 3-nə manatın avroya nisbətən rəsmi məzənnəsi noyabrın 2-də qeydə alınmış 1,8254 manat/1EUR səviyyəsinə qarşı 1,8329 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,4108% ucuzlaşıb.
AMB noyabrın 3-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini noyabrın 2-nə olan 0,0261 manat/1RUB səviyyəsinə qarşı 0,026 manat/1RUB səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,3831% bahalaşıb. **
A.Əzizov