SOCAR və Misirin Dövlət Neft Şirkəti (EGPC) neft sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəlib. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Noyabrın 2-də Bakıda SOCAR prezidenti Rövnəq Abdullayevlə Misirin neft və mineral ehtiyatlar naziri Tarık əl Mollanın görüşündə şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, Misirin neft sənayesinin modernləşdirilməsi məsələləri müzakirə edilib. Tərəflər həmçinin həyata keçirilən digər müştərək layihələr barədə fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
Görüşün sonunda SOCAR və EGPC arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədin detalları barədə məlumat verilmir.*
N.Abbasova