Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun Rusiya Federasiyasının Arxangelsk vilayəti Hökumətinin sədr müavini Viktor İkonnikovla görüşündə qarşılıqlı turistsəfərlərininartım perspektivləri müzakirə olunub.
"V.İkonnikov Arxangelsk vilayətinin turizm potensialı haqqında məlumat verib, bölgədə balıqçılıq və ovçuluq turizminin inkişafı üçün infrastrukturun mövcud olduğunu və Azərbaycandan olan turistlərin Arxangelsk vilayətinə səfərlərinin təşkili və bölgənin turizm məkanı kimi təbliğ olunmasında maraqlı olduqlarını qeyd edib”, - deyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında qeyd olunur.
N.Səmədov öz növbəsində Azərbaycanda sağlamlıq turizminin inkişaf etdiyini bildirib. “Əminəm ki, Naftalan kurortu Arxangelsk vilayətindən olan turistlərin diqqətini cəlb edəcək”, - deyə o bildirib.
N.Səmədov hər il Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (AİTF) çərçivəsində Arxangelsk vilayətinin təqdimatının həyata keçirilməsinin mümkünlüyünü bildirib və vilayətlə turizm sahəsində əlaqələrin inkişafına Azərbaycan tərəfinin hazır olduğunu qeyd edib.*
R.Babayev