Azərbaycanda bu il ləğv olunan 10 bankın əmanətçilərinə 667,072 mln. manatdan artıq məbləğdə kompensasiya ödənilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əmanətlərin Sığortalanması Fondundan (ADIF) məlumat verilib.
Xüsusilə, “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 mln. 117 min manat, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 mln. manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.
Bundan başqa, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 42 mln. 745 min manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 52 mln. 208 min manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 26 mln. 688 min manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 906 min manatdan artıq kompensasiya ödənilib.
“Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 mln. 176 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 880 min manatdan artıq kompensasiya ödənişi edilib.
“Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 381 mln. 525 min manat artıq kompensasiya ödənişi həyata keçirilib. **
A.Əzizov