Rusiya Federasiyasının Şimali Qafqaz regionu Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır. Bu barədə RF Şimali Qafqaz üzrə Nazirinin müşaviri Stanislav Aristov məlumat verib.
S.Aristov Bakıda Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevlə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib.
“Şimali Qafqaz regionu Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır. Qısa müddət ərzində təkliflər paketi Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə təqdim ediləcək”, - deyə S.Aristov bildirib.
İ.Quliyev Şimali Qafqaz regionunun iş adamları üçün Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğunu bildirdi. **
A.Axundov