Noyabrın 15-16-da Bakıda “Lapis Lazuli” nəqliyyat dəhlizinin müzakirəsi üzrə IV texniki görüş keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Əfqanıstanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Noyabrın 15-16-da Azərbaycan, Əfqanıstan, Türkiyə, Türkmənistan və Gürcüstanın ekspertləri səviyyəsində Bakıda görüş keçiriləcək”, - deyə səfirlikdən qeyd ediblər.
“Lapis Lazuli” layihəsi Türkmənistan, Azərbaycan və Gürcüstan vasitəsilə Əfqanıstandan Avropaya qədər uzanan nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Gürcüstandan sonra nəqliyyat dəhlizi Türkiyənin magistrallarına qoşulacaq. **
F.İasazadə