Noyabrın 2-də Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 82 cinayət faktı qeydə alınıb, onların 23-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 65 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. **
R.Babayev