Noyabr ayının 12-dən 18-dək Azərbaycanda 60 mindən artıq şəxsi heyətin iştirakı ilə irimiqyaslı təlimlər keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək”, - deyə məlumatda bildirilir.
Təlimlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə keçiriləcək.*
F.İsazadə