“Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü” çərçivəsində ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sənəd Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında imzalanıb.
Yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir. **
F.İsazadə