Noyabrın 3-də Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə 100 cinayət faktı qeydə alınıb, onların 21-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 61 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.**
R.Babayev