ATƏT-in Minsk qrupunun yeni təyin olunmuş fransalı həmsədri Stefan Viskonti fəaliyyətə başlayıb. Bu barədə Fransanın Bakıdakı səfiri Aureliya Buşez məlumat verib.
"S.Viskonti artıq işə başlayıb, o, təcrübəli diplomatdır”, - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, Pyer Andriyenin mandatının başa çatması ilə əlaqədar S.Viskonti onun yerinə təyin olunub. "Bu məsələdə spesifik heç nə yoxdur", - deyə A.Buşez bildirib.
"Fransa ATƏT-in Minsk qrupunun həmsədri vəzifəsinə həmişə tərcrübəli diplomatlar təyin edir", - deyə səfir əlavə edib.*
F.İsazadə