Maliyyə Bazarlarına Nəzarət Palatası valyuta əməliyyatların aparılması zamanı qanunvericiliyi pozan banklar barəsində ən ciddi tədbirlər görəcək.
“Biz banklara məktublar ünvanladıq və bankların menecmentləri ilə xüsusi görüş keçirdik. Görüş zamanı elan olundu ki, bu həssa dövrdə valyuta mübadiləsi zamanı qanunverciliyin tələblərinə riayət olunmasa, biz tənzimləyici kimi ən ciddi şəkildə qanuna əsasən tədbirlər görəcəyik”, - deyə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün jurnalistlərə bildirib.
O, ictimaiyyəti konkret hallar üzrə Palataya müraciət etməyə çağırıb. “Biz bankın hər əməliyyatı barədə məlumat əldə etmirik. Ayda bir dəfə onlar bizə hesabat təqdim edirlər. Həmin hesabatlara əsasən maliyyə vəziyyətlərini qiymətləndiririk. Lakin əgər hər hansı fakt, yəni konkret müraciət daxil olarsa, biz tədbirlər görəcəyik”, - deyə R.Aslanlı vurğulayıb.
O həmçinin qeyd edib ki, Palata hüquq-mühafizə orqanları ilə birgə valyuta spekulyantları və qanunsuz valyuta satış nöqtələrinin fəaliyyəti ilə mübarizə aparır. **
A.Axundov