Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Turizm haqqında” qanunun yeni redaksiyasına I oxunuşda baxılıb.
«2012-ci ildən bu qanun layihəsinin üzərində iş gedir, bu sənəd müasir tələblərə cavab verir”, - deyə komitə sədri Hadı Rəcəbli bildirib.
O qeyd edib ki, Azərbaycana turist axınının artması bu sahədə münasibətləri tənzimləmək üçün yeni qanunun qəbul olunmasını zərəuri edir.
Qanun layihəsi 8 fəsil və93 maddədən ibarətdir. Sənəd turizm sahəsində dövlət tənzimlənməsi, turizmin dövlət idaraetməsi və dövlət nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, turizm sahəsində təhlükəsizlik, turizm sahəsində maliyyə mənbələrinin təsnifatı, sığorta, elm və məlumatlandırma məsələləri üzrə münasibətləri tənzimləyəcək.
Müzakirələrin yekunları üzrə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.*
R.Babayev