8 noyabr tarixində Maliyyə Nazirliyinin dövlət qısamüddətli istiqrazları üzrə hərrac keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Hərraca ümumi həcmi 15 mln. manat olan dövlət qısamüddətli istiqrazlar çıxarılacaq. İstiqrazların tədavül müddəti 364 gün təşkil edir”, - deyə BFB-dən qeyd ediblər.
İstiqrazların ödəmə tarixi 7 noyabr 2017-ci ildir.
Yerləşdirmənin anderrayteri qismində “Paşa Kapital“ QSC çıxış edir.
Maliyyə Nazirliyi cari il 800 mln. manat və $500 mln. məbləğində dövlət qısamüddətli və ortamüddətli istiqrazların yerləşdirilməsini planlaşdırır. **
A.Əzizov