Son 10 il ərzində yol-nəqliyyat hadisələrində 15 mindən artıq şəxsə təxirəsalınmaz tibbi yardım göstərilib.
“2007-ci ilin əvvəlindən 2016-cı ilin iyul ayına qədər 15,192 min nəfər yol qəzasına düşmüş xəstələrə təcili yardım göstərilib”, - deyə Səhiyyə Nazirliyindən Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) fəaliyyətini şərh edərkən bildirilib.
Bundan əlavə 13,428 min nəfər konsultativ xəstələrə tibbi yardım göstərilib.
“Ancaq 2016-cı ilin birinci yarısında daxil olmuş çağırışların sayı ümumilikdə 659 olub. Bunlardan yol nəqliyyatı hadisələri 624, terapevtik və digər travmaların sayı 35 olub”, - deyə məlumatda deyilir. **
R.Babayev