Vergilər Nazirliyi Almaniyanın “ILF Beratende Ingenieure GMBH” şirkətinin Azərbaycandakı filialını texniki nəzarət üzrə məsləhətçi qismində cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Oktyabr ayında nazirlik “ILF Beratende Ingenieure GMBH” şirkətinin Azərbaycandakı filialı ilə texniki nəzarət üzrə məsləhətçi xidmtələrinə dair müqavilə imzalayıb”, - deyə nazirlikdən qeyd ediblər.
Müqavilənin dəyəri 1 mln. 699,2 min manat təşkil edir. **
A.Əzizov