1 noyabr 2016-cı il tarixinə Azərbaycanda 3 mln. 336,912 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 4,9% çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilir.
ƏƏSMN 10 ay ərzində sosial sığorta ödəyicilərinin sayını 156,758 min nəfər, həmçinin oktyabr ayı ərzində 20,2 min nəfər artırıb.
DSMF-in məlumatına əsasən, fərdi hesabı olanların əksəriyyəti 30-40 yaş arasında işləyən vətəndaşlardır. Onlar bütün sosial sığorta ödəyicilərinin 25,5%-ni təşkil edirlər.
30 yaşa qədər sosial sığorta ödəyicilərinin 20,2%-nin, 30 yaşadək 20,1%-nin, 40-50 yaş arasında 21,1%-nin fərdi hesabları var. Qalanı 60 yaşdan yuxarı ödəyicilərdir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və nəticədə şəxsləndirilmiş (fərdi) sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. **
R.Babayev