2016-cı ilin yanvar-sentyabr aylarında əhalinin xarici valyutada bank əmanətləri ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 20,7% - 6 mlrd. 387,8 mln. manata qədər və ya əhalinin bütün əmanətlərinin 81,7% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, yanvar-sentyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 0,4% - 1 mlrd. 426 mln. manatadək və ya bütün əmanətlərin 18,3% artıb.
1 oktyabr 2016-cı il tarixinə AMB-nin məlumatına görə, rezidentlərin bank əmanətləri 6 mlrd. 828,5 mln. manat, qeyri-rezidentlərin - 985,3 mln. manat təşkil edib. Bununla belə, 2016-cı ilin 9 ayı ərzində rezidentlərin əmanətləri 17,2%, qeyri-rezidentlərin - 20,1% azalıb.
Bütövlükdə, 1 oktyabr 2016-cı il tarixinə Azərbaycanda banklarda əmanət və depozitlərin həcmi 22 mlrd. 841,8 mln. manat təşkil edir, bu da ilin əvvəlinə olan göstəricidən 2,5% azdır. Bununla belə, sentyabrda banklarda əmanət və depoazitlərin həcmi 832,9 mln. manat və 3,5% azalıb. **
A.Əzizov