2016-cı ilin sentyabr ayında Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən 1 mln. 223,059 kvadratmetr ərazi yoxlanılıb, 459 min ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunub. Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
“459 ədəd PHS və 3 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib”, - deyə agentlikdən qeyd olunub.
Əməliyyatlarda 490 nəfər minaaxtaran mütəxəssis və 126 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 389 mln. 603,952 min kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 752,702 min ədəd təşkil edir.
ANAMA mütəxəssisləri təmizləmə əməliyyatlarını Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Tərtər, Salyan, Xocavənd, Qaradağ rayonlarında, Gəncə şəhəri, eləcə də Güzdək qəsəbəsində davam etdirirlər.
Oktyabr ayında respublika ərazisində 1 mina/PHS hadisəsi qeydə alınıb.**
R.Babayev