2016-cı ilin 9 ayı ərzində “Petkim PetroKimya Holding A.Ş.”-nin lirəsi xalis mənfəəti 2,4% - 515,405 mln. türk lirəsinə qədər artıb. Bu barədə holdinqdin hesabatında qeyd edilir.
“SOCAR Turkey Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF-Az) “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.
Hesabat dövründə kompleksin ümumi mədaxili 668,39 mln. türk lirəsi (artım 19,1%), əməliyyat mənfəəti 571,27 mln. lirə (artım 40,5%) təşkil edib.
Bu dövrdə kompleksin vergiöncəsi mənfəəti 592,458 mln. türk lirəsi (artım 32,8%) təşkil edib.
Oktyabrın 1-nə “Petkim”in aktivləri 5 mlrd. 292,228 mln. türk lirəsi (9 ay ərzində azalma 3,1%) təşkil edir.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları buraxılır.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir. **
N.Abbasova