Televizor oğurlamaqda şübhəli bilinən Bakı sakini hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Baş Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 37-ci PB məkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də "F-Centre" şirkətindən 15 min ABŞ dolları dəyərində televizor oğurlamaqda şübhəli bilinən paytaxt sakini Həsən Əliyev tutulub”, - deyə məlumatda bildirilir.*
R.Babayev