Noyabrın 9-da Dövlət Bayrağı Günü ilə əlaqədar klassik avtomobillərin paradı və sərgisi keçiriləcək. Bu barədə Azərbaycan Avtomobil Federasiyasından məlumat verilib.
“Parad Heydər Əliyev Mərkəzi qarşısında start götürəcək və Dövlət Bayrağı Meydanında başa çatacaq. Həmçinin meydanda paradda iştirak edən avtomobillərin sərgisi keçiriləcək”, - deyə məlumatda deyilir.
AAF klassik avtomobillərin sahiblərini tədbirdə iştirak etməyə dəvət edir. Buraxılışı 1980-ci ilədək olan avtomobillərin sahibləri 8 noyabr saat 19:00-dək AAF-da qeydiyyatdan keçə bilərlər.
Klassik avtomobillərin sərgisi saat 12:00-dan 16:00-dək keçiriləcək. Sərgiyə giriş sərbəstdir. **
F.İsazadə