Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 7-də növbəti depozit hərracında 65 mln. manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank bu hərracda 50 mln. manat cəlb etməyi planlaşdırsa da, tələb 65 mln. manat, orta ölçülmüş faiz dərəcəsi 14,58% təşkil edib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, AMB iyun ayında depozit hərraclarının keçirilməsinə başlayıb. İyun-noyabr aylarında keçirilmiş 19 hərracda bank 1 ay müddətinə 935,6 mln. manat cəlb edib.*
A.Axundov