Türkiyənin Azərbaycandakı yeni səfiri Erkan Özoral fəaliyyəti müddətində ikitərəfli münasibətlərin inkişafına töhfə vermək niyyətindədir.
"Türkiyə və Azərbaycan – iki qardaş dövlətdir. Fəaliyyətim müddətində məhz bunu rəhbər tutacağam. Türkiyənin Azərbaycandakı səfiri kimi münasibətlərimizin inkişafı üçün əlimdən gələni edəcəyəm", - deyə E.Özoral bu gün keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Bakı iyulun 15-dəTürkiyədə baş vermiş uğursuz dövlət çevrilişi cəhdi zamanı da Ankaranı dəstəkləyib.
Səfir deyib ki, Ankara Bakının bu dəstəyini hər zaman hiss edir.
E.Özoral Azərbaycanda müxtəlif sahələrdəki dəyişiklikləri də vurğulayıb. O, 7 il əvvəl Türkiyənin Azərbaycandakı səfirliyində çalışıb. "O dövrlə müqayisədə bu gün çox böyük dəyişikliklər müşahidə edirəm”, - deyə diplomat əlavə edib.*
F.İsazadə