Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar bu ölkəyə səfər edib.
Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (IFES) prezidenti Vilyam Svininin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahov seçkilərlə bağlı müxtəlif tədbirlərə qatılacaq.
Seçki günü MSK sədri məntəqələrdə gedən prosesləri müşahidə edəcək.
Bundan başqa, o, IFES prezidenti, bir sıra ölkələrin ali seçki qurumlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında müzakirələr aparacaq.
M.Pənahov Qlobal Seçki Təşkilatının 7-ci (GEO-7) konfransında da iştirak edəcək.*
R.Babayev