Bu gün Bakıda IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədi ilə Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.
Yığıncaqda IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov Islam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İHİF-in baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edirlər.
İki gün davam edəcək iclasın ilk günüyarışda iştirak edəcək idmançıların sayı, idman növləri, nəqliyyat, infrastruktur, könüllülərlə işin qurulması və digər mövzular müzakirə ediləcək.
Koordinasiya komissiyasının ikinci günü isə müzakirə mərkəzində olacaq mövzular idmançıların iştirakı, idman yarışları, marketinq, yayım, kommersiya məsələləri, 12-22 maqy 2017-ci il tarixlərində Bakıda keçiriləcək açılış və bağlanış mərasimləridir. **
R.Babayev