2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan $18 mln. 72,6 min dəyərində pambıq ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Azərbaycan yanvar-sentyabr aylarında $18 mln. 72,6 min dəyərində 10 min 924,9 min ton pambıq ixrac edib”, - deyə məlumatda deyilir.
Ötən ilin analoji dövrü ilə müqayisədə pambiq ixracının həcmi 15,7%, ixracdan gəlir 31% artıb.
Yanvar-sentyabr aylarında ASK məhsullarının ixracında pambıqın payı 7,2% təşkil edib.
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ümumilikdə $252 mln. dəyərində ASK məhsulları ixrac edib. **
A.Axundov