Ermənistan cəmiyyəti daima qorxu içindədir. Erməni hüquq müdafiəçisi Vaan Martirosyan belə hesab edir.
“Ermənistan iqtisadiyyatı Türkiyədən çox asılıdır. Türkiyə ilə sərhədin bağlı olamsı heç nəyi həll etmir. Son zamanlar yüngül sənaye məhsullarının 90%-i, hətta texnika belə Gürcüstan vasitəsilə Ermənistana Türkiyədən daxil olur. Türkiyədə erməni kilsələri fəaliyyət göstərir. Türkiyədə ən güclü icmalardan biri erməni icmasıdır. Bu ölkənin parlamentində ermınilər deputatlar vasitəsilə təmsil olunurlar, erməni dilində qəzetlər nəşr olunur”, - deyə V.Martirosyan bu gün Bakıda keçirilən "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanması perspektivləri. Ermənistan və Azərbaycandan baxış" mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, nəsildən nəsilə “türkün gəlib onları qıracağı” rəyi formalaşdırılır.
“Bütün bunlara dövlət tərəfindən dəstək və bu ədavətin nəsildən nəsilə keçməsini istəyən bəzi təısisatlar olmasa, bircə nəsildən sonra bu fikirlər yox olardı. Bu cür siyasətin yürüdülməsinin dəstəklənməsi səbəblərini araşdırmaq və bunun kimə faydalı olmasını müəyyən etmək lazımdır. Kiməsə ermənilərin ədavət və qorxu içində yaşaması, müsbət heç nəyin baş verməməsi sərfəlidir. Erməni cəmiyyəti daima düşməni gözləmək vəziyyətində yaşayır”, - deyə o əlavə edib.
V.Martirosyan vurğulayıb ki, Ermənistanda məktəb partasından başlayaraq şüuraltı səviyyədə müharibə barədə düşünürlər. “Ona görə də iqtisadiyyat bu gün defolt və kollaps vəziyyətindədir. Ölkənin xarici borcunun həcmi $6 mlrd. səviyyəsindədir”, - deyə o bildirib.
V.Martirosyan bəyan edib ki, Dağlıq Qarabağdan çıxan heç kim bu rayonda hərbi xidmət keçmir. Çünki yazılmamış əmr var. “İrəvanmda məktəbi bitirənlər Qarabağda hərbi xidmətə çağırılırlar. Bununla belə, Qarabağdan olanlar isə İrəvan yaxınlığında Hərbi HavaQüvvələrinin hansısa hərbi hissəsində xidmət keçirlər”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsi zonasında baş verən aprel hadisələri bu tendensiyanı təsdiq edir. “Apreldə döyüşlərdə həlak olanlar arasınmda bir nəfər belə qarabağlı olmayıb. Həlak olanların 90%-i isə ən kasıb ailələrin övladlarıdır”, - deyə hüquq müdafiəçisi əlavə edib. **
F.İsazadə