Noyabrın 8-də prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin sərtləşdirilməsini nəzərdə tutan dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliklərə əsasən terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında ərizəyə məhkəməyə təqdim olunduqdan sonra 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.*
R.Babayev