Milli Məclisin deputatı, Dağlıq Qarabağbölgəsinin Azərbaycanlı İcmasının sədr müavini Rövşən Rzayev Qarabağ münaqişəsinin nizamlanması üçün Azərbaycanlı və erməni icmaları arasında əlaqələrin aktivləşməsini zəruri hesab edir.
“Sülh uğrunda mübarizə aparan nə qədər çox olarsa, Qarabağ münaqişəsi ətrafında vəziyyəti bir o qədər tez zamanda dəyişə bilərik. Bu problemdir və o xaricdən yaradılıb. Vəziyyətdən çıxmaq üçün Qarabağın Azərbaycanlı və erməni icmaları arasında dialoq qurmaq lazımdır. Biz xalqlarımız arasında itirilmiş etimadı bərpa edə bilərik, bu da ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə nizamlanmasına imkan yarada bilər”, - deyə R.Rzayev bildirib.
Onun rəyinə görə, Qarabağın Azərbaycanlı və erməni icmaları bir yerdə yaşa bilər. “İki icmanın bir yerdə yaşaması mümkündür və zəruridir. Bu nə qədər tezliklə baş verərsə, gələcək nısillər üçün bir o qədər yaxşıdır”, - deyə o qeyd edib.
R.Rzayev hesab edir ki, Ermənistanın hazırki rəhbərliyi Qarabağı işğal edib. “Bu cür nöqteyi-nəzərə malik olmaqla onlar erməni və azərbaycanlıların bir yerdə yaşamasının mümkün olmaması barədə danışmaq məcburiyyətindədirlər. Biz sadə vətəndaşlar zərif sülhün böyük sülh müqaviləsinə çevrilməsinə nail olmalıyıq”, - deyə o bəyan edib.
“Uşaqlıq illərimin keçdiyi Şuşa şəhərində oldum. Doğma torpağıma sadəcə bir neçə saatlq gəldiyimi anlamaq məni çox üzdü. Orada bizə gənclər yaxınlaşıb Bakıya gəlmək istədiklərini bildiriblər. Artıq beşinci ildir Dağlıq Qarabağın Azərbaycanlı icması erməni icmasını dialoqa çağırır. Lakin heç bir nəticə yoxdur”, - deyə R.Rzayev vurğulayıb.
Onun rəyinə əsasən, iki icma arasında dialoqun olmamasının səbəbkarı Serj Sarqsyandır. **
F.İsazadə