SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-oktyabr aylarında 182 yaşayış məntəqəsini qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
«Respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması və yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi məqsədi ilə 7,505 min kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 kilometr qaz kəməri əsaslı təmir olunub. Aparılan tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi qazlaşdırılıb”, - deyə məlumatda bildirilir.
Qazlaşdırma işləri “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib.
“Azəriqaz” 2015-ci ildə 430 yaşayış məntəqəsini qazlaşdırıb.*
N.Abbasova