Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 10-na manatın dollara qarşı rəsmi məzənnəsini noyabrın 8-də qeydə alınmış 1,6686 manat/$1 səviyyəsinə qarşı 1,6782 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,5753% ucuzlaşıb.
Noyabrın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsi noyabrın 8-də qeydə alınmış 1,8424 manat/1EUR səviyyəsinə qarşı 1,8336 manat/1EUR səviyyəsində müəyyənləşdirilib. Bununla da manat avroya nisbətən 0,4776% möhkəmlənib.
AMB noyabrın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini noyabrın 8-nə olan 0,0262 manat/1RUB səviyyəsinə qarşı 0,0264 manat/1RUB səviyyəsində müəyyən edib. Beləliklə, manat rubla qarşı 0,7633% ucuzlaşıb. **
A.Əzizov