Vergilər Nazirliyi “Elektron cinayət işi” modulunun tətbiqinə hazırlıq işlərini bitirib. Bu barədə vergilər nazirinin müavini Namiq Əliyev nazirliyin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) modulun təqdimat mərasimində bildirib.
“Modulunun tətbiqi məqsədilə hazırlıq işləri başa çatıb”, - deyə N.Əliyev bəyan edib.
Vergilər NazirliyininVergi Borclarının Alınması İşinin Təşkili İdarəsinin rəisi Zeynalabdin Məmmədzadə məlumat verib ki, noyabrın 21-dən “Elektron cinayət işi” modulunun tətbiqinə başlanılacaq. “Bununla əlaqədar nazirliyin əməkdaşları üçün təlimlər keçiriləcək”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, “Elektron cinayət işi” modulu ibtidai araşdırmaların sürətləndirilməsi və keyfiyyətinin artırılması, cinayət işlərinin vahid elektron sisteminin yaradılması, inzibati işlərin azaldılması, iş saatına qənaət, insan resurslarından səmərəli istifadə məqsədilə tətbiq olunur. **
A.Axundov