Noyabrın 24-25-də Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Postneft dövründə bankçılıq perspektivləri” mövzusunda forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABA-dan məlumat veri9lib.
“Forumun məqsədi maliyyə-bank sisteminin postneft dövrünə adaptasiyası, maliyyə dayanıqlılığına dair məsələlərin müzakirəsi, bankçılıq sahəsində yeniliklər barədə qabaqcıl təcrübələrin öyrənilməsidir”, - deyə Assosiasiyadan qeyd ediblər.
Dörd paneldən ibarət olacaq forum “Postneft dövrünün çağırışları: yeni iqtisadi strategiya”, “Böhran şəraitində bankların idarə edilməsi və fəaliyyətlərinin şaxələndirilməsi: dünya təcrübəsindən dərslər”, “Bank qanunvericiliyi: problemlər və perspektivlər”, “Gələcəyin bankları: yeni texnologiyaların gətirdiyi imkanlar və risklər” mövzularını əhatə edəcək.
Tədbirdə bank-maliyyə sisteminin tənzimləyici orqanlarının, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin, eləcə də ABA üzvü olan bankların Müşahidə Şurası və İdarə Heyəti sədrlərinin iştirakı nəzərdə tutulur.
Forumun ikinci günü hüquqi məsələlərə aid birinci panelində ABA-nın hüquqi işlər üzrə ekspert qrupunun üzvləri və qrup üzvü olmayan bankların hüquq departamentlərinin rəhbərləri iştirak edəcəklər. **
N.Abbasova