Rəsmi Bakı Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərinin artacağına ümid edir. Bu barədə bu gün jurnalistlərə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib
"Ümid edirik ki, D.Tramp ABŞ prezidenti seçildikdən sonra Vaşinqton ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylərini artıracaq və status-kvo, nəhayət ki, dəyişəcək", - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan D.Trampın prezidentliyi dövründə ABŞ-la hərtərəfli əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.*
R.Babayev