Azərbaycan Beynəlxalq Bankı (ABB) $200 mln.-dan artıq məbləğdə sindikatlaşdırılmış kredit cəlb edib. Bu barədə bankın məlumatında deyilir.
Saziş üzrə ilkin təşkilatçılar "Citibank", "Credit Suisse A.G. London Branch" (“Credit Suisse”), "Emirates NBD Capital Limited" (“ENBD”) və "J.P. Morgan" banklarıdır. "Citibank Europe plc" bu əqdin koordinator və agenti, “J.P.Morgan” isə buraxılış agenti kimi çıxış edib.
Sazişə 12 maliyyə qurumu qoşulub.
“Bu, 2015-ci ilin aprel ayından bəri ABB-nin cəlb etdiyi ilk sindikasiya kreditidir. Kredit sazişi bir illik müddətə razılaşdırılıb”, - deyə məlumatda qeyd olunur.
Cəlb olunmuş vəsaitin ümumi korporativ məqsədlərə, xüsusilə ticarət yönümlü layihələrə yönəldilməsi planlaşdırılır.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə yaradılıb və Azərbaycanın ən iri bankıdır. ABB-nin səhmdarı Maliyyə Nazirliyidir.*
A.Əzizov