Azərbaycan gömrükçüləri Bakı-Tbilisi aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşından $20 min götürüblər. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
“Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən vətəndaş üzərində aparılan şəxsi yoxlama zamanı $20 min məbləğində bəyan edilməyən xarici valyuta aşkar edilib”, - deyə məlumatda bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev