SOCAR Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
““Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə adası” yatağındakı 676 saylı estakadayanı meydançadan 677 nömrəli quyu əsaslı təmirdən sonra istismara buraxılıb”, - deyə məlumatda bildirilir.
Quyu gündəlik 9 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən həyata keçirilir.*
N.Abbasova